9 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi borcu əmlaka yönəldilə bilərmi?

Təcrübədə vergi borcuna görə vergi ödəyicilərinin məhkəməyə verilməsi, borcun əmlaka yönəldilməsi hallarına az rast gəlinir. Mütəxəssislər hesab edirlər ki, baş verən azsaylı hallar vergi ödəyiciləri üçün ciddi siqnal olmalıdır. Mövzunu maliyyə məsləhətçisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, vergi orqanları vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi borcu və ya ona hesablanmış faizləri, habelə vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyalarının tutulması məqsədilə ixtisaslaşdırılmış hərracda satışa çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Qeyd etmək lazımdır ki, burada hüquqi şəxsin yalnız balansında olan əmlakdan söhbət gedirsə, fərdi sahibkar borcu üçün onun adına rəsmiləşdirilmiş bütün əmlakla cavabdehdir - hətta bu əmlakın onun sahibkarlıq fəaliyyətinə heç bir aidiyyəti olmasa belə. Bəzən vergidən yayınmaq üçün iş adamları əmlaklarını öz həyat yoldaşlarının adına rəsmiləşdirirlər. Lakin unutmaq lazım deyil ki, ər-arvadın nikahda olduğu müddətdə əldə edilən əmlak hər ikisinə məxsusdur.

Bu hallar, əslində, xoşagəlməz, hətta təhlükəlidir. Vergidən yayınmaq üçün atılan qeyri-qanuni addımlar iş adamlarında ciddi streslər yaradır. Bunun yeganə alternativi vergiləri vaxtında və tam şəkildə ödəməkdir. Hər şey eynilə həndəsədə olduğu kimidir: iki nöqtə arasındakı ən qısa məsafə, onların arasından çəkilən düz xəttdir. Nə qədər çalışsan da, bunu dəyişdirə bilməzsən.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?