3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi güzəştlərinin tətbiqi ölkədə kiçik və orta sahibkarlığın inkişafına mühüm təkan verib

Bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti, aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir ki, son illər ərzində MDB ölkələri islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər və bu, müxtəlif səviyyələrdə olmasına baxmayaraq, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.

Hesabatda qeyd olunub ki, xarici və daxili çağırışlar, həmçinin 2014-2016-cı illərdə MDB ölkələrində baş verən siyasi hadisələr sürətli institusional islahatlara və dövlət idarəetməsinin səmərəliliyinə səbəb olan böhran hadisələrinin aradan qaldırılmasına yönəlmiş bir sıra hökumət təşəbbüslərinin katalizatoru olub. Moody's" hesab edir ki, Özbəkistanda (B1, "sabit") və Ukraynada (Caa1, "sabit") islahatların praktiki tətbiq edilməsində çətinliklər, Qırğızıstanda (B2, "sabit") və Moldovada (B3, "sabit") daxili siyasi əngəllər, Qazaxıstanda (Baa3, "müsbət"), Azərbaycanda isə (Ba2, "stabil") stabil vəziyyət hökm sürür.

Hesabatda Azərbaycanla bağlı fikirləri şərh edən "İqtisadi resursların öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev qeyd edib ki, 2015-ci ilin fevral ayında baş verən birinci devalvasiyadan sonra Azərbaycanda yeni islahatların aparılması zərurətə çevrildi. Belə ki, ölkə iqtisadiyyatının əsasında neft sənayesinin dayanması, ixracın 94 faizinin energi daşıyıcılarının payına düşməsi və büdcə gəlirlərinin 73 faizinin Neft Fondundan transfer və bu sahədən digər gəlirlər hesabına formalaşdığı 2015-ci ilə qədərki bir dövrdə dünya bazarında karbohidrat məhsullarının qiymətinin düşməsi qeyri-neft sektorunun önə çəkilməsi üçün dayanıqlı zəmin yaratdı. Makroiqtisadi sabitliyi təhdid edən mühüm proseslərin baş verdiyi bir dövrdə Azərbaycan hökuməti inflyasiyanın cilovlanması, milli valyutaya inamın qaytarılması istiqamətində sərt pul-kredit siyasəti yeritməklə yanaşı, qeyri-neft sektorunun inkişafı hesabına büdcə daxilolmalarının artırılması və neftdən asılılığın azaldılması istiqamətində fiskal siyasətdə də mühüm dəyişikliklərə imza atdı.

Sadələşdirilmiş vergi rejimindən böyük həcmdə imtina olunaraq mənfəət vergisinin tətbiq dairəsinin genişləndirilməsi sayəsində iqtisadiyyatda şəffaflaşmaya, “kölgə iqtisadiyyatı”nın payının azalmasına nail olunub

2016-cı ilin dekabr ayında təsdiq olunmuş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə" Strateji Yol Xəritəsi ilə ölkədə genişmiqyaslı islahatlara start verildi. Aparılan islahatlar nəticəsində 2017-ci il islahat ili, 2018-ci il ilkin canlanma və 2019-cu il və ondan sonrakı dövr isə nəticələr kimi xarakterizə olundu. Artıq 3-cü ilini yaşadığımız yeni iqtisadi siyasətin nəticəsi olaraq, ölkədə 2019-cu ilin yanvar-iyun ayları ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 22.300,6 milyon manatlıq əlavə dəyər yaradılıb ki, bunun da ümumilikdə 51,2 faizi sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşüb. 2019-cu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artıb. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 59 faiz təşkil edib.

2019-cu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz artıb. Bu sektorda yaradılan əlavə dəyərin strukturunda mədənçıxarma sənayesinin xüsusi çəkisi 2,9 faiz, emal sənayesinin xüsusi çəkisi 73,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının xüsusi çəkisi 20,3 faiz, su təchizatı, tullantıların təmizlənməsinin xüsusi çəkisi isə 3,6 faiz təşkil edib.

Aparılan islahatlarda 2019-cu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş düzəlişlər mühüm əhəmiyyət kəsb edir. Startaplara, klaster şirkətlərinə, kənd təsərrüfatına geniş vergi güzəştlərinin tətbiq olunması ölkədə kiçik və orta sahibkarlığın inkişafına ciddi təkan verib. Bununla yanaşı, sadələşdirilmiş vergi rejimindən böyük həcmdə imtina olunaraq mənfəət vergisinin tətbiq dairəsinin genişləndirilməsi sayəsində iqtisadiyyatda şəffaflaşmaya, "kölgə iqtisadiyyatı"nın payının azalmasına nail olunub ki, bu yolla da iqtisadi münasibətlərdə uçotun aparılmasına mühüm zəmin yaranıb.

Bütün bunlar Azərbaycanın beynəlxalq reytinq agentliklərindəki yerinin getdikcə yüksəlməsinə gətirib çıxarır. Nəticədə ölkənin investisiya cəlbediciliyi artır ki, bu da xarici və yerli iş adamlarının sərmayələrinin iqtisadiyyata yönəldilməsində yaxşı fürsət formalaşdırır.

Fəxriyyə İKRAMQIZI

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması