25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri keçirilib

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, bu məhsulların istehsalı və satışı sahəsində şəffaflığın artırılması, o cümlədən, bəyannamələrdə istehsal həcmlərinin düzgün bəyan olunması və vergi intizamının gücləndirilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi tərəfindən aparılmış təhlil və monitorinqlər zamanı Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 1 ünvanında yerləşən istehsal obyektində rəsmi uçotdan kənar pivə istehsalının təşkili və qeyri-rəsmi dövriyyəyə çıxarılması ilə bağlı əsaslı şübhələr yaranıb. Bununla bağlı təyin olunmuş operativ nəzarət tədbiri zamanı həmin ünvanda fəaliyyət göstərən fərdi sahibkar Tağıyev Xəyyam Aydın oğlunun təsərrüfat subyektini vergi orqanlarında uçota almadan fəaliyyət göstərdiyi müəyyən edilib.

Nəzarət tədbiri zamanı istehsal sahəsində və müxtəlif anbarlarda ümumilikdə 198 min litr hazır pivə məhsulu, onun qablaşdırılması üçün nəzərdə tutulmuş çoxsaylı çəlləklər, habelə mənşəyini təsdiq edən sənədlər olmadan əldə edilmiş istehsal üçün istifadə olunan 14 ton arpa səmənisi, 300 kiloqram pivə mayası və 2 tondan çox digər xammal məhsulları aşkar olunub. Faktlar qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilib və müvafiq tədbirlər görülüb.

Dövlət Vergi Xidməti bütün sahibkarlıq subyektlərini vergi və digər qanunvericiliklə müəyyən edilmiş tələblərə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması sahibkarların əlavə maliyyə sanksiyaları və digər hüquqi məsuliyyət tədbirləri ilə üzləşməsinin qarşısını almaqla yanaşı, bazarda sağlam, bərabər və ədalətli rəqabət mühitinin qorunmasına, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına xidmət edir. Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?