25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-də “Sabah İnvestment Group” ilə görüş keçirilib

DVX-də “Sabah İnvestment Group” ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların biznes fəaliyyəti zamanı qarşılaşdıqları məsələlərin müzakirəsi məqsədilə silsilə görüşlər davam etdirilir.

DVX-nin Vergi siyasəti baş idarəsinin “Sabah İnvestment Group” ilə təşkil etdiyi növbəti görüşdə bildirilib ki, sahibkarlarla aparılan müntəzəm dialoq biznes mühitində mövcud çağırışların operativ şəkildə müəyyənləşdirilməsi, rəy və təkliflərin öyrənilməsi, eləcə də effektiv həll mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı “Sabah İnvestment Group”un nümayəndələri tərəfindən daşınmaz əmlak, investisiya fəaliyyəti, əmək münasibətləri və elektron vergi inzibatçılığı ilə bağlı səsləndirilən təkliflər müzakirə edilib.

DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov daşınmaz əmlak sektorunda iqtisadi fəallığın artırılmasının və bu sahəyə xarici investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayaraq, görüş zamanı səsləndirilən təkliflərin aidiyyəti üzrə qiymətləndiriləcəyini bildirib.

Sonda dövlət-biznes əməkdaşlığının daha da möhkəmləndirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarlarla açıq dialoqun davam etdirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, biznes subyektlərinin rəy və təkliflərinin öyrənilməsi məqsədilə bu formatda görüşlər bundan sonra da mütəmadi təşkil ediləcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?