11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Büdcə-vergi siyasəti üzrə həyata keçirilən islahatlar təqdirəlayiqdir

Azərbaycanda həyata keçirilən vergi islahatları alqışlanmalıdır. Bu siyasət dövlətin iqtisadi qüdrətinin genişlənməsinə xidmət edir”. Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov “Moodys” Beynəlxalq Reytinq Agentliyinin ölkəmizlə bağlı son hesabatını şərh edərkən belə deyib.

Professor bildirib ki, vergi siyasətinin məntiqi davamı olaraq pul-kredit siyasəti iqtisadi inkişaf baxımından çox önəmlidir: “Pul-kredit siyasətinin genişlənməsi üçün potensial daha çoxdur. Bu gün ölkədə həyata keçirilən büdcə-vergi siyasəti və islahatlar təqdirəlayiqdir, amma biz pul-kredit siyasətində də bu islahatlara getməliyik. Çünki bunsuz dayanıqlı, qabaqlayıcı iqtisadi artıma nail olmaq çox çətindir. Hesab edirəm ki, pul-kredit siyasəti yumşaldılmalı və real sektora yönəlik investisiyalar artırılmalıdır”.

Azərbaycan beynəlxalq reytinq agentliklərində daha yüksək səviyyəyə qalxmağa iddialıdır və bunun üçün bütün əsaslar var

İqtisadçı ekspertin sözlərinə görə, “Moodys”un Azərbaycan iqtisadiyyatına verdiyi reytinq göstəriciləri ölkə iqtisadiyyatın potensialını tam əks etdirmir. E.Məmmədov hesab edir ki, Azərbaycanda son illərdə reallaşan islahatlar, o cümlədən büdcə-vergi siyasəti ilə bağlı həyata keçirilən islahatlar, institusional təkmilləşdirmələr həmin hesabatın göstəricilərində lazımi səviyyədə əksini tapmayıb: “Nəticələrimiz bundan da yüksək ola bilərdi. Burada əsas məsələ xarici investisiyaların cəlb edilməsidir. Bu baxımdan, Azərbaycan bütün öhdəliklərini yerinə yetirib. Bundan başqa, ölkə iqtisadiyyatının miqyası çox böyükdür, suveren valyuta ehtiyatlarına malikdir. Faktiki olaraq milli valyutamız dayanıqlığını qoruyub saxlayır, büdcənin icrası ilə bağlı problemlərimiz yoxdur. Digər tərəfdən, xarici investorlar münbit şərait yaradılıb. Belə olan halda, Azərbaycan beynəlxalq reytinq agentliklərində daha yüksək səviyyəyə qalxmağa iddialıdır və bunun üçün bütün əsaslar var”.

E.Məmmədov sözügedən hesabatda obyektiv iqtisadi təhlillərə söykənməyən amillərin mövcud olduğunu da qeyd edib. Onun fikrincə, Azərbaycan bütün xarici öhdəliklərini lazımı səviyyədə yerinə yetirir. Hətta hansısa özəl şirkətin aldığı kreditlərlə bağlı poblem yarananda dövlət onun bir hissəsini öz üzərinə götürür: “Ancaq buna baxmayaraq, hələ də ölkəmizə “A” reytinq göstəriciləri verilməyib. Hesabatda müəyyən islahatlar qeyd olunsa da, yenə də biz hələ yüksək reytinq göstəricilərini almırıq. Hesab edirəm ki, bu, obyektiv yanaşma deyil”.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?