25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aksizli məhsulların dövriyyəsinə nəzarət gücləndirilir

Aksizli məhsulların dövriyyəsinə nəzarət gücləndirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində şəffaflığın artırılması, o cümlədən, bəyannamələrdə istehsal həcmlərinin düzgün bəyan olunması, aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi və vergi intizamının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

İyunun 24-də DVX-də pivə istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə qeyd olunan bazarda şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və aparılmış təhlillərin nəticələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, təhlillər və nəzarət tədbirləri zamanı bir sıra hallarda istehsal üçün tələb olunan xammalın qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilmədən dövriyyəyə daxil edilməsi, eləcə də uçotdan gizlədilməsi faktları aşkarlanıb. Belə halların istehsal həcmlərinin düzgün bəyan edilməməsinə və vergi risklərinin yaranmasına səbəb olduğu vurğulanıb. Qanunvericiliyin tələblərini pozan şəxslər barəsində tədbirlər görüldüyü xüsusi qeyd olunmaqla yanaşı, vergi nəzarətinin daha da genişləndiriləcəyi bildirilib.

Görüş zamanı bu sahədə həyata keçirilmiş son nəzarət tədbirlərinin nəticələri müzakirə olunub, qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, həm istehsalçılar, həm də məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən aksizli mal hesab edilən pivənin satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi, əməliyyatların müvafiq informasiya sistemində qeydiyyata alınmaması, eləcə də aksiz markası ilə markalanmamış məhsulların dövriyyəyə buraxılması hallarına vergi nəzarəti tədbirləri zamanı xüsusi diqqət yetirilir. Bu kimi halların qarşısının alınması məqsədilə qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək.

Görüşdə istehsalçıları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?