17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi və dövlət orqanları arasında məlumat mübadiləsi operativləşdirilir

Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər aparılır. Dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, dövlət orqanları arasında elektron informasiya mübadiləsinin genişləndirilməsi hazırda aparılan islahatlarda xüsusi yer tutur.

Vergilər Nazirliyi digər dövlət orqanları ilə əməkdaşlığın daha da genişləndirilməsinə və gücləndirilməsinə prioritet vəzifə kimi yanaşır. Vergi Məcəlləsinin 26-cı maddəsinə əsasən, dövlət vergi orqanları öz vəzifələrini mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər. Vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar digər dövlət orqanları vergi orqanlarına kömək etməyə və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borcludurlar.

Vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar digər dövlət orqanları vergi orqanlarına kömək etməyə və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borcludurlar

Dövlət orqanları ilə məlumat mübadiləsinin aparılması üçün qanunvericilik bazası mövcud olsa da, bu sahədə qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə, vergilərin tam həcmdə və vaxtında hesablanmasını təmin etmək üçün operativ məlumat mübadiləsinin yaradılmasına zərurət yarandığı üçün Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Təqdim olunacaq məlumatların, həmin məlumatları təqdim edəcək qurumların dairəsinin müəyyənləşdirilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Vergi Məcəlləsinin 26.2.1-ci maddəsinə əsasən, vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan onun informasiya resurslarında olan məlumatları rüb bitdikdən sonra növbəti rübün birinci ayının sonunadək elektron formada dövlət vergi orqanlarına təqdim etməlidir. Qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi müxtəlif sahələr üzrə vergilərin tam və vaxtında ödənilməsinə nəzarətin səmərəliliyinin artırılmasıdır.

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?