26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi islahatları büdcə kəsirini azaltmağa imkan verəcək

Azərbaycanda dövlət idarəçiliyi sahəsində səmərəliliyin artması neftin qiymətinin ucuzlaşması nəticəsində sürətlə pisləşən ticarət şərtləri fonunda baş verib. Bunu "Moody` s Investors Service" reytinq agentliyinin analitikləri qeyd edirlər. Agentliyin MDB-də islahatlara və onların nəticələrinə dair hesabatında qeyd edilib ki, dünyada enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması nəticəsində Azərbaycan milli valyutanın dollara bağlılığını ləğv edib ki, bu da xarici şokları bir qədər yumşaltmağa imkan verib: "Hazırda Azərbaycan Mərkəzi Bankı da uçot dərəcəsinin köməyi ilə inflyasiya hədəflənməsi prosesini həyata keçirir, eyni mexanizmdən istifadə edən Qazaxıstan isə inflyasiyanın daha sürətlə azalmasına nail olur".

"Moody` s"in analitikləri vurğulayıblar ki, 2015-2016-cı illərdə Azərbaycan manatının devalvasiyası ölkəni yüksək dollarlaşmış bank sistemində artan təzyiqlə üz-üzə qoyub: "Bu təzyiq bank sektorunda islahatlara, yeni makroprudensial tədbirlərin və qanunverici təşəbbüslərin həyata keçirilməsinə səbəb olub. Neft gəlirlərinin sabitliyini nəzərə alaraq hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün səylərini bərpa edib. Biz gözləyirik ki, bu yaxınlarda (1 yanvar 2019-cu il - İF) Azərbaycanda tətbiq edilən vergi qanunvericiliyi protsiklliyi, eləcə də qeyri-neft büdcəsi kəsiri tədricən azalacaq".

Agentlik hesab edir ki, Azərbaycanda ("Ba2", "stabil") 2014-16-cı illərin şoklarından sonra iqtisadiyyat bərpa olunduqca islahatların aparılması üçün sövqedici motivlər azalıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?