4 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesləri müzakirə olunub

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesləri müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq və konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda onlayn görüş keçirilib.

DVX-in Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə təqdimatla çıxış edərək ölkəmizdə biznesə başlama sahəsində həyata keçirilən islahatlar, biznesin qeydiyyatı qaydalarında aparılan təkmilləşdirmələr, qanunvericilikdə dəyişikliklər və elektron xidmətlər barədə məlumat verib. Bildirilib ki, biznesin qeydiyyatı sahəsində əldə olunan nəticələr beynəlxalq reytinqlərdə də yüksək göstəricilərlə əksini tapıb. Xarici investisiyalı şirkətlər üçün mövcud imkanlar da diqqətə çatdırılıb.

Görüşdə kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında dəyişikliklər üzrə yeni qaydalar, texniki imkanlar və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə həyata keçirilən işlər barədə məlumat verilib. 2025-ci il üzrə Yol Xəritəsinə uyğun olaraq konsul leqallaşdırılması informasiya sisteminin yaradılması, dövlət orqanlarının məlumat bazalarının inteqrasiyasının genişləndirilməsi, benefisiar mülkiyyətçilərin reyestrinin aparılması və təsisçi dəyişikliyinin proaktiv qeydiyyatı əsas istiqamətlər kimi vurğulanıb.

Tədbir iştirakçılarına qeydiyyat sahəsində statistika, elektron qeydiyyatın xüsusi çəkisinin və xarici investisiyalı müəssisələrin artım göstəriciləri təqdim olunub.

Daha sonra mövcud çağırışlar və təkmilləşmə imkanları müzakirə olunub. Ekspertlər sahibkarların işini asanlaşdırmaq məqsədilə bir sıra təkliflər irəli sürüblər, iştirakçıların sualları cavablandırılıb.

Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?