19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində yeniliklər diqqətə çatdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda yeniliklərə həsr edilmiş onlayn görüş keçirilib.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə "Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar" mövzusunda təqdimatla çıxış edib. L.Hüseyn-zadə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən və DVX-nin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu tərəfindən biznesin qeydiyyatının daha da təkmilləşdirilməsi istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində müvafiq dəyişikliklər edildiyi bildirilib. Qanunvericiliyə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyatı tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Bu sahədə həyata keçirilmiş islahatlar çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imza tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Eyni zamanda, rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Bundan başqa, lisenziya və ya icazə tələb edilən fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanı yaradılıb.

Görüşdə bildirilib ki, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdirilir. Bununla əlaqədar Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi hazırlanıb.

Görüş iştirakçılarına bu sahədə gözlənilən rəqəmsal yeniliklər barədə də məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın yaradılması və kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanının yaradılması nəzərdə tutulur.

Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib və sualları cavablandırılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?