6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlarla növbəti görüş keçirilib

Sahibkarlarla növbəti görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı, eləcə də qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin keçirilməsini davam etdirir.

Növbəti belə görüş Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının, sahibkarların və Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələrinin iştirakı ilə baş tutub. Görüşdə sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təklifləri dinlənilib, əmək müqavilələrinin bağlanılması, sənəd dövriyyəsinin azaldılması, regionlarda bina tikintisinin təşviqi mexanizmlərinin yaradılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Dövlət – biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?