6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yeni Vergi Məcəlləsinin strukturunun hazırlanmasında ictimai iştirak təmin olunacaq

Yeni Vergi Məcəlləsinin strukturunun hazırlanmasında ictimai iştirak təmin olunacaq

Məşğulluğun artırılmasını təşviq edən və ölkəyə valyuta gətirən sahibkarlıq subyektlərinin fəaliyyətinin dayanıqlılığının təmin olunması, habelə investisiya qoyuluşlarını dəstəkləyən vergi siyasəti tədbirlərinin həyata keçirilməsi Dövlət Vergi Xidmətinin yanaşmalarında fundamental baxışları müəyyən edir.

Bu barədə “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edərkən Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, bununla yanaşı, transsərhəd vergitutmadan irəli gələn bir sıra məsələlər vergi qanunvericiliyinin təkmilləşdirilməsini zəruri edir.

“Biz 2024-cü ildən yeni Vergi Məcəlləsinin strukturu üzərində düşünməyə başlamışıq. Bu istiqamətdə sahibkarların, konsaltinq şirkətlərinin, mühüm rola malik böyük holdinqlərin rəy və təkliflərini almışıq. Vergi Məcəlləsinin üzərində işlərə bütövlükdə biznes icmasının ehtiyaclarından irəli gələrək, mövcud iqtisadi münasibətlərin tənzimlənməsi və ədalətli vergi qanunvericiliyinin formalaşması prosesi çərçivəsində başlamışıq. Bundan sonra da həmin istiqamətdə görüləcək işlərdə ictimai iştirak təmin olunacaq”, - Samirə Musayeva qeyd edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?