7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Orxan Nəzərli: "Əmək bazarında aparılan təşviq siyasəti sosial sığorta yığımlarına müsbət təsir edib”

"Əmək bazarında aparılan təşviq siyasəti sosial sığorta yığımlarına müsbət təsir edib. Bildiyiniz kimi, Dövlət Vergi Xidməti bu yığımların operatoru rolunda çıxış edir”.

Bu sözləri “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.

DVX rəisi vurğulayıb ki, bu yığımların toplanması üzrə səlahiyyətlər DVX-yə həvalə edildikdən sonra və təşviq siyasətinin nəticəsi olaraq sosial daxilolmalar son 6 ildə 2,5 dəfə artıb və hazırda 5.7 milyard manatdan çoxdur: “Bunun nəticəsində dövlətin sosial sığorta fondunun büdcənin transfertlərindən asılılığı 2018-ci ildəki 35.6 faizdən azalaraq 17,5 faiz təşkil edir”.

O.Nəzərli bildirib ki, önəmli göstəricilərdən biri də işəgötürənlərin sayının artım göstəricisidir. Bu gün ölkədə 120 mindən yuxarı hüquqi şəxs fəaliyyət göstərir ki, bu da vergi ödəyicilərinin sabit inkişafda olan hissəsini ifadə edir: “Son bir neçə ildə ölkədə 100 mindən artıq elektron kassa aparatı quraşdırılıb ki, bu kassalar üzrə 2024-cü ildə dövriyyə 24,5 milyard manatdan çox olub. Yeni nəsil kassa aparatları, ictimai nəzarəti təmin edən “ƏDV geri al” layihəsi hesabına dövriyyələrin artımı sürətlənib. Bu, xüsusilə ticarət sektorunda müşahidə olunur”.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?