6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu gün vergi xidməti işçilərinin peşə bayramıdır

Bu gün vergi xidməti işçilərinin peşə bayramıdır

11 fevral Azərbaycanın vergi orqanlarının yaranmasının 25 illiyi və vergi xidməti işçilərinin peşə bayramı ilə əlamətdardır. Bu münasibətlə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə reallaşan iqtisadi inkişaf strategiyasının vergi sisteminin iqtisadi tənzimləmədə rolunu əhəmiyyətli şəkildə artırdığını vurğulayıb: “Müasir vergi siyasəti fiskal öhdəlikləri yerinə yetirməklə yanaşı, sahibkarlığın inkişafını, biznes ekosisteminin təkmilləşməsini, sabit, şəffaf və rəqabətli fəaliyyəti, iqtisadi artımı və diversifikasiyanı təmin edən fəal iştirakçıdır. Vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir”.

Nazir paylaşımında vergi işçilərini təbrik edib: “Hörmətli vergi işçiləri, hər birinizə peşə bayramı münasibətilə təbriklərimizi çatdırır, işlərinizdə uğurlar və nailiyyətlər arzulayırıq. İqtisadi inkişafa töhfələriniz, ölkəmizin mənafelərinə sadiqliyiniz və fədakar əməyiniz üçün təşəkkürlər”.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?