28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun onlayn formatdanövbəti iclası keçirilib. İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlərin nəticələri və bu il ərzində icrası nəzərdə tutulan tədbirlərbağlı məsələlər müzakirə olunub.

Tədbirdə Azәrbaycan Respublikası PrezidentininAdministrasiyasının, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Auditorlar Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də işçi qrupa daxil olan bir sıra ictimai birliklərin, biznes assosiasiyalarının və konsaltinq şirkətlərinin, özəl sektorun nümayəndələri iştirak ediblər.

DVX-nin rəis müavini, işçi qrupun rəhbəri İlkin Vəliyev tədbir iştirakçılarına “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər, Dünya Bankının müvafiq anket sorğusu barədə məlumat verib. Bildirib ki, 2025-ci ildə bu sahədə tamamlanmamış işlər daha intensiv şəkildə həyata keçirilməlidir.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev komissiya tərəfindən 2024-cü il ərzində görülmüş işlər, Dünya Bankınıntəqdim etdiyi “Business Ready” hesabatında qiymətləndirmə zamanı tətbiq ediləcək metodlar, hesabatın “Vergitutma” indikatoru üzrə sorğu vərəqəsinə dair tələblər barədə məlumat verib.

İclas iştirakçıları 2025-ci ildə nəzərdə tutulan tədbirlərimüzakirə edərək bu prosesdə özəl sektorun təkliflərinin nəzərə alınması, sahibkarların ictimai birlikləri ilə görüşlərin intensivləşdirilməsinin zərurətini vurğulayıblar. DVX rəisinin müşaviri, Vergi ombudsmanı Elçin Məmmədov komissiyanın iclaslarının özəl sektorun iştirakı ilə keçirilməsinin vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və “Business Ready” hesabatında Azərbaycanla bağlı qiymətləndirmələrin obyektivliyi baxımından mümüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

İclasda özəl sektor nümayəndələrinin təklifləri müzakirəedilib, vergi yükü və vergi güzəştləri ilə bağlı suallar cavablandırılıb.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları