18 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yerli investisiyalı müəssisələrin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiz olub

2024-cü ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.590.659 vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,3 faiz, hüquqi şəxslərin sayı 7,2 faiz artıb. Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,9 faiz olub.

Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 188.877 vahid təşkil edib və ötən ilin eyni dövrünə nisbətən 7,9 faiz artıb.

2024-cü ilin yanvar-noyabr aylarında 12.907 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,2 faiz-i yerli investisiyalı, 10,8 faizi xarici investisiyalı müəssisələrdir. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 10.713-ü elektron qaydada qeydiyyatdan keçib, onlardan 8.677-si Asan İmza ilə, 1.995-i “FİN kod + mobil nömrə” üsulu ilə, 41-i isə “SİMA” rəqəmsal imza vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39.847 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan 123.682 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,9 faiz artıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?