27 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətində “Dövlət - biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib

Noyabrın 26-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Dövlət -biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl sektorun və biznes assosiasiyalarının təmsilçiləri, müstəqil ekspertlər iştirak ediblər.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün əsas məqsədi vergi qanunvericiliyi və inzibatçılığında həyata keçirilmiş və nəzərdə tutulan dəyişiklikləri, eyni zamanda bu proses çərçivəsində aidiyyəti dövlət qurumları ilə biznes assosiasiyaları, sahibkarlıq subyektləri arasında qarşılıqlı əməkdaşlığın nəticələrini təqdim etmək və yeni istiqamətləri müzakirə etməkdir.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev dövlət və özəl sektor arasında əməkdaşlıqla müşayiət olunan təkmilləşmələrin daha effektiv olduğunu, birgə fəaliyyətin daha dayanıqlı və hərtərəfli inkişafa təkan verdiyini vurğulayıb.

DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri”, baş idarənin rəis müavini Əvəz Quliyev isə “2025-ci ildə Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər” barədə təqdimatlar ediblər.

Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Şaban Abdullayev “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” barədə məlumat verib.

Tədbir iştirakçıları vergi islahatlarının ölkəmizdə sahibkarlıq fəaliyyətinə təsirləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, biznes subyektlərinin prosesdə fəal iştirakı ilə bağlı məsələləri müzakirə ediblər. Bildirilib ki, iqtisadiyyatımız üçün yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsində vergi islahatları mühüm rola malikdir.

Görüşdə vergi qanunvericliyi və inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində səsləndirilən təkliflər müzakirə edilib, qaldırılan suallar cavablandırılıb.

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?