23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Naxçıvanda vergi orqanlarına ümumilikdə 1.489 müraciət daxil olub ki, onların da 90,3 faizini ərizələr, 9,6 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 98 faizinin baxılması 2024-cü ilin 10 ayı ərzində başa çatdırılıb, 2 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,3 faizi həll olunub, 3,1 faizi barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

2024-cü ilin 10 ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 96 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması