16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Oktyabr ayında DVX-nin Aparatında 124 vətəndaş qəbul edilib

Oktyabr ayında DVX-nin Aparatında 124 vətəndaş qəbul edilib

2024-cü ilin oktyabr ayı ərzində vergi orqanlarına ümumilikdə 53.381 müraciət daxil olub ki, onların 96,3 faizini ərizələr, 3,6 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.

Daxil olmuş müraciətlərdən 84,5 faizinin baxılması oktyabr ayı ərzində başa çatdırılıb, 15,5 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 44,2 faizi həll olunub, 54,6 faizi barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Oktyabr ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı 1.482 olub. Həll edilmiş şikayətlərin 60,5 faizi kameral vergi yoxlamaları, 4 faizi vergi ödəyicisinin qeydiyyatı, 3,3 faizi sosial sığorta ödənişləri, 3,3 faizi vergi borcu, 2,3 faizi ƏDV depozit hesabı, 2 faizi artıq ödnilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, 2 faizi riskli vergi ödəyicisi hesab edilməməsi, 22,6 faizi isə digər məsələlər ilə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 124, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?