19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 37 mindən çox şəxs qəbul edilib

2024-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 37.568 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 50.437 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz çoxdur.

Ümumi xidmətlərin 91 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- Asan İmza sertifikatının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar-oktyabr aylarında vergi ödəyicilərinə 485.299 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 79 görüş keçirilib, 574 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 5.116 müraciət üzrə 9.047 Asan İmza sertifikatı verilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?