19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Nağdsız ödəyin, hədiyyə qazanın!" tədbirinin qalibləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikasında artıq ənənə halını almış "Nağdsız ödəyin, hədiyyə qazanın!" adlı həvəsləndirici tədbirin on birinci tirajının qalibləri müəyyənləşib. Bu il yanvarın 1-dən iyulun 1-dək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev çıxış edərək, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 1 iyul 2019-cu il tarixə muxtar respublika sakinlərinin daha çox üz tutduqları ticarət və iaşə obyektlərində, xidmət sahələrində 1276 POS-terminalın elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırıldığını bildirib. Qeyd olunub ki, kəndlərdə yaşayan sakinlərin də daha rahat ödənişini təmin etmək məqsədilə həmin yaşayış məntəqələrində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərinin böyük əksəriyyətində nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdırılıb.

Vurğulanıb ki, nağdsız dövriyyənin artırılması məqsədilə aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini verib. Belə ki, bu tədbirlər nəticəsində muxtar respublika üzrə 2019-cu ilin 6 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 20 milyon 363 min 143 manata çatdırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 235 min 433 manat çoxdur. Hər 6 ayda bir dəfə keçirilən "Nağdsız ödəyin, hədiyyə qazanın!" adlı həvəsləndirici tədbirin 11-ci tirajında, ümumilikdə, 398 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim ediləcək.

Diqqətə çatdırılıb ki, belə stimullaşdırıcı tədbirlər 2014-cü ildən başlanılıb və ümumilikdə, keçirilmiş 10 tirajda 2179 vətəndaşa 140 min manat dəyərində müxtəlif hədiyyələr təqdim olunub. Bu, aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin geniş əhali kütləsini əhatə etdiyini göstərir.

Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli qeyd edib ki, müasir dövrdə maliyyə infrastrukturunun əsas tərkib hissələrindən biri olan elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Mübariz Əhmədov çıxışında bildirib ki, qaliblər müəyyən edilərkən 400 manatdan yuxarı həcmdə nağdsız ödənişlər edən və POS-terminallardan daha çox istifadə edən şəxslərə üstünlük verilib. Muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə 398 şəxs, o cümlədən Naxçıvan şəhəri üzrə 72 sakin hədiyyə qazanıb

Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?