23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Media nümayəndələri üçün “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda seminar keçirilib

Noyabrın 6-da İqtisadiyyat Nazirliyi, Nazirlik yanında Dövlət Vergi Xidməti (DVX) və Media İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar təşkil olunub.

Seminarın məqsədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi jurnalistlərin bu sahədə biliklərinin artırılması, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində ekoloji fiskal alətlərin tətbiqi ilə bağlı məlumatlılığın genişləndirilməsidir.

“Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda keçirilən seminarda İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov və DVX-nin Vergi siyasəti baş idarəsinin rəis müavini Oqtay Yaqubov təqdimatlarla çıxış ediblər. Tədbirdə mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev və DVX-nin rəis müavini Samirə Musayevanın iştirak etdiyi seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?