23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-nin təşkil etdiyi 3-cü “Yay Təcrübə Proqramı” başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) ali təhsil müəssisələri tələbələrinin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə təşkil etdiyi sayca üçüncü “Yay Təcrübə Proqramı” yekunlaşıb. Bununla əlaqədar Proqramın bağlanış və sertifikatların təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak edən DVX-nin rəisi Orxan Nəzərli “Yay Təcrübə Proqramı”nın nəticələri və uğuru haqqında danışaraq, Proqramın əsas məqsədlərinə çatdığını bildirib. Orxan Nəzərli “Yay Təcrübə Proqramı”nın insan resurslarının formalaşdırılması istiqamətində əhəmiyyətli rolunu vurğulayıb, kadr ehtiyatının gücləndirilməsi baxımından gələcəkdə mühüm faydalar gətirəcəyini qeyd edib.

Tədbirdə “Yay Təcrübə Proqramı”nın iştirakçıları tərəfindən komanda şəklində müxtəlif təqdimatlar edilib. Proqram iştirakçıları ilə səmimi söhbət edən DVX rəisi onların təkliflərini dinləyib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Qeyd edək ki, 3-cü “Yay Təcrübə Proqramı”na ölkənin ali təhsil müəssisələrinin 700-dən çox tələbəsi müraciət edib, onlardan 60 nəfəri seçim mərhələlərindən keçərək Proqramda iştirak hüququ qazanıb. Tələbələr layihə çərçivəsində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsinə qoşulublar. Burada tələbələrə DVX-nin təcrübəli əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsi və müvafiq səriştələr üzrə təlimlər təşkil olunub. Yay düşərgəsindən sonra iştirakçılar DVX-nin Aparatında, həmçinin Bakı və regionlarda yerləşən qurumlarında 8 həftəlik təcrübə keçiblər, praktiki biliklərə yiyələnərək, vergi sisteminin fəaliyyətinin əsas istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?