6 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX ADA Universiteti ilə rəhbər heyətin liderlik bacarıqlarının inkişafı proqramını davam etdirir

ADA Universiteti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbər heyəti üçün növbəti “Liderlik Bacarıqlarının İnkişafı” Proqramına başlayıb. Bununla əlaqədar ADA Universitetində Proqramın açılış mərasimi keçirilib.

İştirakçıları salamlayan ADA Universitetinin prorektorunun müşaviri Aygün Hacıyeva əvvəlcə ADA Universiteti və ixtisasartırma proqramları barədə məlumat verib. Aygün Hacıyeva bildirib ki, açılışı baş tutan proqram cari ildə DVX ilə ADA universiteti arasında imzalanan Əməkdaşlıq barədə Memorandumun nəticəsidir. 5 modul üzrə təşkil edilən Proqram iştirakçıların liderlik potensiallarını gücləndirməklə yanaşı, onlara komandanın uğurla idarə edilməsi üçün lazımi bacarıqları aşılayacaq, həmçinin DVX əməkdaşlarının rəy vermə və alma, dəyişikliklərə cavab vermə, strateji planlaşdırma səriştələrini inkişaf etdirəcək.

Təlimin ilk günündə DVX-nin rəis müavini Emil Qarayev iştirakçılara proqramdan səmərəli şəkildə faydalanmağı tövsiyə edib, burada qazanılacaq bacarıqların əməkdaşların peşəkarlıq səviyyələrinin artırılmasına müsbət təsir edəcəyini bildirib.

Təlimin növbəti günü DVX-nin rəis müavini Samirə Musayeva da iştirakçılarla görüş keçirib. “Liderlik Bacarıqlarının İnkişafı” Proqramı çərçivəsində yumşaq bacarıqlar və müxtəlif səriştələrin tədris olunacağını, liderlik bacarıqlarının inkişafı, motivasiya amilləri, emosional zəka və s. istiqamətlərin təhlil ediləcəyini bildirib, iştirakçılara uğurlar arzulayıb.

Oktyabr-dekabr ayları ərzində davam edəcək Proqram DVX-nin baş idarə, idarə və şöbə rəislərinin müavinləri daxil olmaqla 4 qrup üzrə 88 iştirakçını bir araya gətirib. İnteraktiv formatda keçiriləcək təlimlərdə iştirakçılar təqdimatlar, “beyin fırtınası”, “keys” çalışmaları, praktiki tapşırıqlar, qrup işləri və simulyasiyalar vasitəsilə öyrəndiklərini tətbiq edəcəklər.

Proqramın moderatorları ADA Universitetinin təmsilçiləri, eləcə də idarəetmə, liderlik, strategiya və kommunikasiya sahəsində geniş təcrübəyə malik, dövlət və özəl sektoru təmsil edən qonaq ekspertlər olacaqlar. Həmçinin Proqrama qonaq çıxışçı qismində ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, ictimai və özəl qurumların zəngin təcrübəyə malik əməkdaşları dəvət ediləcək.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?