8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadi təhlükəsizliyin təmin edilməsində vergi orqanlarının rolu müzakirə edilib

İqtisadi təhlükəsizliyin təmin edilməsində vergi orqanlarının rolu müzakirə edilib

Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Vergi (maliyyə) Təhqiqat Orqanları Rəhbərlərinin Koordinasiya Şurasının növbəti iclası keçirilib. İclasa Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan və Ermənistan nümayəndələri qatılıblar. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (VCİABİ) rəisi Kənan Quliyev, rəis müavini Rövşən Abdullayev və baş təhqiqatçısı Cəmil Əliyev təmsil ediblər.

MDB baş katibinin müavini Nurlan Seyitimov iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində irəli sürülən təşəbbüslər, maliyyə sektorunda baş verən hüquqpozmalara və transmilli iqtisadi cinayətlərin təzahürlərinə operativ reaksiya verməyə imkan yaradan alətlərlə bağlı çıxış edib. Bildirib ki, Koordinasiya Şurası milli vergi (maliyyə) təhqiqat orqanlarının səylərini birləşdirməklə yanaşı, iqtisadi sahədə mövcud əməliyyat vəziyyətini obyektiv qiymətləndirməyə, əməkdaşlığın hüquqi bazasını təkmilləşdirməyə, tərəfdaşlığın müasir formalarını tətbiq etməyə, beynəlxalq cinayətkarlığa qarşı birgə mübarizə aparmağa geniş imkanlar yaradır.

İclasda çıxış edən mütəxəssislər vergi (maliyyə) təhqiqat orqanları arasında əməkdaşlığın artırılmasının, analitik işin təkmilləşdirilməsinin, məlumat və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıblar. Tədbirdə iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində təhqiqat orqanlarının işi, maliyyə vəsaitlərinin qanunsuz dövriyyəsi, qeyri-qanuni mərc oyunları və vergi cinayətlərinə qarşı mübarizə məsələləri barədə fikir mübadiləsi aparılıb.

İclasda Azərbaycanın nümayəndə heyəti vergi hüquqpozmaları sahəsində VCİABİ tərəfindən görülmüş işlər və əldə edilmiş uğurlu nəticələr barədə iştirakçılara geniş məlumat verib, “Maliyyə orqanlarının əməkdaşlığı və birgə fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?