10 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Orxan Nəzərli: ”Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür”

”Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür. Bunu nəzərə alaraq bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi milli vergi sisteminin diqqət mərkəzindədir”.

Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA-nın prezidenti Orxan Nəzərli deyib.
Onun sözlərinə görə, ətraf mühitin qorunması üçün bir çox tədbirlər həyata keçirilir və vergi alətləri də bu tədbirlərə fəal dəstək verir: ”Biz hesab edirik ki, ölkədə dayanıqlı iqtisadi inkişafın və iqlim əsaslı "yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsi yalnız vergiqoyma siyasəti və yaxud bizneslərin üzərinə əlavə vergiqoyma ilə deyil, həm də bərpaolunan enerji mənbələrindən istifadə və yaxud "yaşıl texnologiyalar"dan istifadənin vergilərlə təşviqi hesabına mümkündür. Ölkəmizdə aşağı emissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktları qəbul edilib. Elektrik və hibrid avtomobillərə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularına, habelə əhali qrupuna daxil olan aktiv istehlakçılar tərəfindən bərpaolunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin müəyyən hədd daxilində elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan təşviqləri nümunə göstərmək olar. Yaşıl enerjinin istehsalını həyata keçirənlər üçün iqtisadi stimulların verilməsi gündəmimizin prioritetidir”.

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?