8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

2024-cü ilin yanvar-avqust ayları ərzində Naxçıvanda vergi orqanlarına ümumilikdə 1.106 müraciət daxil olub ki, onların da 91,8 faizini ərizələr, 8,1 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 99,4 faizinin baxılması 2024-cü ilin 8 ayı ərzində başa çatdırılıb, 0,6 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,6 faizi həll olunub, 2,5 faizi barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

2024-cü ilin 8 ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 73 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?