30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şikayətlərin sayı 13 faiz azalıb

2024-cü ilin iyul ayı ərzində ümumilikdə vergi orqanlarına 42.018 müraciət daxil olub ki, onların da 96,0 faizini ərizələr, 3,9 faizi şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.

Daxil olmuş müraciətlərdən 92,1 faizinin baxılması hesabat ayı ərzində başa çatdırılıb, 7,9 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 59,7 faizi həll edilib, 39 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul olunub.

İyul ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azalaraq 1.402 təşkil edib. Həll edilmiş şikayətlərin 70,8 faizi kameral vergi yoxlaması, 4 faizi vergi borcu, 3,8 faizi sosial sığorta ödənişləri, 2,2 faizi vergi ödəyicisinin qeydiyyatı, 1,4 faizi maliyyə sanksiyalarının silinməsi, 1,2 faizi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, 1 faizi şəxsi hesab vərəqələri, 15,6 faizi isə digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 69, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?