30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi mədəniyyəti və könüllü əməletmə təşviq edilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) təbliğat-təşviqat və maarifləndirmə işləri çərçivəsində müxtəlif kommunikasiya kanallarından istifadə edir. Başlıca məqsəd DVX-nin həyata keçirdiyi layihələr, göstərdiyi xidmətlər, vətəndaşların vergilərlə əlaqədar gündəlik qarşılaşdıqları məsələlərlə bağlı məlumatlılığının artırılmasıdır. Bu səbəbdən paytaxt və regionlardakı mərkəzi prospekt və küçələrdə quraşdırılmış lövhələrdə daşınmaz əmlakın alışı zamanı ƏDV-nin bir hissəsinin geri qaytarılması, elektron vergi xidmətləri və nağdsız ödənişlər zamanı POS-terminallardan istifadədən imtinaya görə tətbiq olunan maliyyə sanksiyaları barədə sosial posterlər yerləşdirilib.

Qeyd edək ki, vətəndaşlar və vergi ödəyiciləri onları maraqlandıran suallarla DVX-nin rəsmi internet səhifəsi, sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə müraciət edə, habelə www.vergiler.az saytında vergilərlə bağlı praktiki məsələlərin tətbiqi, ekspert şərhləri, rəsmi izahlarla da tanış ola bilərlər.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?