18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinin sayı 6,3 faiz artıb

2024-cü ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.562.960 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 92.407 vahid (6,3 faiz), o cümlədən fiziki şəxslərin sayı 78.597 vahid (6,1 faiz), hüquqi şəxslərin sayı 13.810 vahid (7,4 faiz) artıb.

Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 183.528 vahid təşkil edib və 2023-cü ilin yanvar – iyul ayları ilə müqayisədə 8,1 faiz artıb.

2024-cü ilin 7 ayı ərzində 7.426 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 6.616-sı (89,1 faiz) yerli investisiyalı, 810-u (10,9 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 5.985-i (80,6 faizi) elektron qaydada, onların isə 4.832-si Asan İmza, 1.140-ı yeni üsulla (finkod + mobil nömrə), 13-ü isə “SİMA” rəqəmsal imzası vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38.101 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,0 faiz təşkil edib.

Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,2 faiz artıb.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?