13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlarla növbəti görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (ƏVBİ) əhatə etdiyi ərazi üzrə istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüşüb.

Görüşün keçirilməsində məqsəd sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, onların təkliflərinin dinlənilməsi, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsi olub.

İştirakçılara vergi ombudsmanının əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Arif Quliyev Vergi ombudsmanı xidməti baş idarəsinin yaradılmasında əsas hədəfin vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılması olduğunu bildirib. Qeyd edilib ki, vergi ödəyicilərinin hüquqlarının pozulmaması, pozulan hüquqların bərpası məqsədilə təhlillərin aparılması, iş proseslərinin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi, müvafiq təklif və tövsiyələrin hazırlanması, şikayətlərin yaranma səbəblərinin araşdırılaraq qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi əsas məqsədlərinə daxildir.

Görüşdə sahibkarların rastlaşdıqları çətinliklər ətraflı müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?