9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial sığorta haqları üzrə daxilolmalar 10,2 faiz artıb

Muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 2024-cü ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,3 milyard manata çatıb. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz və ya 305,2 milyon manata yaxın artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 13,1 faiz artaraq 2,1 milyard manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 118,2 milyon manata yaxın təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,2 faiz artıb və 88,2 milyon manatdan çox olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-iyul aylarına nisbətən 8 faiz artaraq 578,9 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,2 faiz artıb və 406,5 milyon manatdan çox olub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?