13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

ADA Universiteti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.

Memorandum ayrı-ayrılıqda və ümumi hədəflərə nail olmaq üçün tərəflərin birgə və koordinasiyalı əməkdaşlığını, ADA Universitetində təhsil alan tələbələrin DVX-nin struktur bölmələrində təcrübə keçməsini, birgə yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, təlim kurslarının, simulyasiyaların (müsabiqələrin), forumların, sərgi və görüşlərin keçirilməsini, müştərək layihələrin, müvafiq dərs vəsaitlərinin, elmi məqalələrin və nəşrlərin hazırlanmasını, tələbələrin könüllülər qismində Xidmətin aparatı və müxtəlif qurumlarında könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə əsasında işə cəlb edilməsini, DVX əməkdaşlarının universitetin tədrisində nəzərdə tutulan mövzulara müəllim və təlimçi qismində cəlbini və digər məsələləri əhatə edir.

Anlaşma Memorandumunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və ADA Universiteinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə imzalayıblar.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə əməkdaşlıq istiqamətlərinin əhəmiyyətindən danışıb, memorandumun hər iki tərəf üçün fayda gətirəcəyini vurğulayıb. Qeyd olunub ki, Universitet bu əməkdaşlığı genişləndirməkdə, DVX ilə birgə layihələrin həyata keçirilməsində maraqlıdır və dövlət qurumlarının ehtiyacları istiqamətində müvafiq kadr bazasının yetişdirilməsinə dəstək verir.

Tədbirdə çıxış edən DVX rəisi Orxan Nəzərli imzalanmış sənədin əhəmiyyətini vurğulayaraq bunun elmi-praktiki əlaqələrin inkişaf etdirilməsinə, ixtisaslı kadr hazırlığının təmin olunmasına, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməklə bərabər maraqlar əsasında birgə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva Universitetin nailiyyətləri ilə bağlı təqdimat edib. Bildirilib ki, 30 müxtəlif proqram, 7 fakültə və 200-dən çox müəllimə malik Universitet 150-dək beynəlxalq partnyor təşkilatla əməkdaşlıq edir, burada 5.000-ə yaxın tələbə təhsil alır. Universitet nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun xəttilə beynəlxalq konfrans və proqramlar təşkil edilir.

Tədbirdə tərəflər qarşılıqlı maraq doğuran məsələləri geniş müzakirə ediblər. Əməkdaşlığın uzun müddət davam etdirilməsi və gələcəkdə insan kapitalının davamlı inkişafı istiqamətində əhatə dairəsinin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?