13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank sektorunun nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların qarşılaşdıqları çətinliklərin çevik şəkildə öyrənilməsi, belə halların qanunvericilikdə dəyişikliklər edilməsi və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə onlayn formatda keçirilən növbəti belə görüş bank sektorunun nümayəndələrinin iştirakı ilə baş tutub. Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin qatıldığı tədbirin əsas məqsədi Vergi Məcəlləsində bank sektorunun inkişafının dəstəkləməsi məqsədilə verilmiş təşviqlərin təsir effektinin qiymətləndirilməsi, həmçinin müvafiq təşviqlərin təkmilləşdirilməsi zərurətinin müəyyən edilməsi olub.

Görüşdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin diqqətdə saxlanılacağı qeyd olunub və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?