26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX əməkdaşları MDB-yə üzv ölkələrin vergi orqanlarının gənc əməkdaşlarının Forumunda iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin gənc əməkdaşlarından və “Uğur yolu” müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyəti MDB iştirakçısı olan ölkələrin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası çərçivəsində Rusiya Federasiyasının Vladivostok şəhərində keçirilən vergi orqanlarının gənc əməkdaşlarının Forumunda iştirak ediblər.

Tədbir zamanı ölkələrin və vergi administrasiyalarının təqdimat videoları nümayiş edilib, nümayəndə heyətləri təqdim olunub. “Karyera yolu” və “Vergi qurumunun gələcəyi” mövzuları üzrə “dəyirmi masa”lar keçirilib. Həmçinin Koordinasiya Şurası çərçivəsində Gənclər Şurasının yaradılması və funksionallığı konsepsiyası müzakirə olunub, eləcə də 2024-2025-ci illər üzrə birgə tədbirlərin təqvimi layihəsi hazırlanıb. 5 günlük forum çərçivəsində iştirakçılar gələcəkdə əməkdaşlıq sahələrini genişləndirmək və inkişaf etdirmək üçün komanda tapşırıqlarında, mühazirələrdə və vörkşoplarda iştirak ediblər.

Forumun maraqlı tərəflərindən biri də MDB ölkələrinin mədəniyyətlərinin inteqrasiyası ilə bağlı hissə olub. Burada ölkələrin milli çay ənənələri təqdim edilib. Azərbaycan nümayəndə heyətinin ölkəmizin milli çay adətləri və şirniyyat süfrələri bağlı təqdimatı iştirakçılarda böyük maraq yaradıb. Bununla yanaşı, üzv ölkələrin ənənələri və dəyərlərinin öyrənilməsi məqsədilə digər təqdimatlar edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?