17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şikayətlərin sayı 33,8 faiz azalıb

2024-cü ilin may ayı ərzində ümumilikdə vergi orqanlarına 32.285 müraciət daxil olub ki, bunun da 95,9 faizi ərizə, 4 faizi şikayət, 0,1 faizi təklif olub. Daxil olmuş müraciətlərdən 57,3 faizinin baxılması hesabat ayı ərzində başa çatdırılıb, 42,7 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 74,8 faizi həll olunub, 23,8 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Ay ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz azalaraq 1.007 olub. Həll edilmiş şikayətlərin 68 faizi kameral vergi yoxlaması, 6,4 faizi vergi borcu, 5,6 faizi şəxsi hesab vərəqələri, 4 faizi vergi ödəyicisinin qeydiyyatı, 3,2 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 1,6 faizi maliyyə sanskiyasının silinməsi, 1,6 faizi operativ vergi nəzarəti tədbirləri, 9,6 faizi isə digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 53, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri