1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi xidmətlərinin əlçatanlığı təmin edilib

Dövlət Vergi Xidmətinin Qarabağ vergilər baş idarəsinin yaradılmasına dair qərarı bu ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə, sahibkarlara vergi xidmətlərinin əlçatanlığını təmin edir. Bunu Şuşada təşkil olunmuş "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir çərçivəsində panel müzakirələrdə çıxış edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, 2023-cü il ərzində işğaldan azad edilmiş ərazilərdə 33 sahibkarlıq subyektinə rezident statusu verilib ki, onların da 49-u aktiv obyekt kimi qeydiyyata alınıb. Həmin vergi ödəyiciləri 1,6 milyon manat həcmində həm güzəşt, həm də azadolma məbləğindən istifadə ediblər.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parkları üzrə isə odəyicilərin sayı 35, obyektlərin sayı 14 vahid təşkil edib. Bu vergi ödəyiciləri tərəfindən 2,6 milyon manatlıq güzəşt və azadolmalardan istifadə olunub.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?