31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti internat məktəbi üçün istirahət proqramı təşkil edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhərində yerləşən əyləncə mərkəzlərindən birində internat məktəbindən olan şagirdlər üçün maraqlı istirahət proqramı təşkil edilib. Tədbir Dövlət Vergi Xidmətində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilmiş yarmarkada əldə olunmuş ianə hesabına reallaşdırılıb. Mərkəzdəki müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulmuş oyunlar məktəblilərin ixtiyarına verilib. Əyləncəli, şən və yaddaqalan tədbirdə müxtəlif yarışlar da keçirilib. Qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

İstirahət proqramının təşkilində məqsəd valideyn himayəsindən məhrum olmuş və qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, onlarda ruh yüksəkliyi yaratmaq və yay tətilini səmərəli keçirmələrinə töhfə verməkdir. Bununla yanaşı, yarmarkada əldə olunmuş ianə hesabına internat məktəbinə kondisionerlər və uşaqlara geyim dəstləri hədiyyə edilib.

Dövlət Vergi Xidməti sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır, cəmiyyətin həssas təbəqələrini əhatə edən və sosial rifaha hesablanmış layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?