17 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma məsələləri necə tənzimlənir?

“X lizinq” ASC tərəfindən “Hyundai” markalı avtomobil 2023-cü ildə fərdi sahibkara 5 illik lizinqə verilib. Cəmiyyət tərəfindən aparılan lizinq əməliyyatı ƏDV-dən azad olunan əməliyyat kimi hesabatlarda əks etdirilib. Lakin fərdi sahibkar tərəfindən müqavilə şərtləri yerinə yetirilmədiyindən 2024-cü ilin aprel ayında lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilib və avtomobil geri alınıb. Bu halda vergitutma məsələləri necə tənzimlənəcək?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 140-cı maddəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əməliyyat bu Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi təqdirdə, əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir. Bu zaman Məcəllənin 72.4-1-ci maddəsinə uyğun olaraq, vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

Buna əsasən, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi və əməliyyat Vergi Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün aparılan əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir. Bu zaman ƏDV-dən azadolma tətbiq edilmiş əməliyyatlar üzrə vergilər qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövrü (2024-cü ilin aprel ayı) üzrə təqdim edilmiş bəyannamədə dəqiqləşdirilməklə dövlət büdcəsinə bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 140.7-ci maddəsi

VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?