6 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kommersiya qurumlarının 79,8 faizi elektron qaydada dövlət qeydiyyatına alınıb

2024-cü ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1.557.351 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 104.649 vahid (7,2 faiz), o cümlədən fiziki şəxslərin sayı 90.817 vahid (7,2 faiz), hüquqi şəxslərin sayı 13.832 vahid (7,5 faiz) artıb. Hesabat dövründə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub.

2024-cü ilin yanvar-may aylarında 5.230 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 4.695-i (89,8 faiz) yerli investisiyalı, 535-i (10,2 faiz) xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 4.172-si (79,8 faizi) elektron qaydada, 1 058-i (20,2 faizi) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 89,3 faiz təşkil edib. Kommersiya qurumlarının 4.172-si elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 3.407-si Asan imza, 756-sı yeni üsul ilə (finkod + mobil nömrə) edilmiş müraciətlər əsasında qeydə alınıb.

2024-cü il iyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 37.240 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,9 faiz təşkil edib.

2024-cü il iyun ayının 1-nə dövlət qeydiyyatında olan 116.774 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrünə nisbətən aktiv kommersiya qurumlarının sayı 10,8 faiz, xüsusi çəkisi isə 1,5 faiz artıb.

2024-cü ilin may ayında fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 1.003 vahid təşkil edərək ötən ilin may ayı ilə müqayisədə 330 vahid (49 faiz) artıb.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?