7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial sığorta haqları üzrə daxilolmalar 11 faiz artıb

2024-cü ilin yanvar-may ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manata yaxın olub. Bu mənbədən daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz və ya 227,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,9 faiz artaraq 1,5 milyard manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artıb və 83 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 faiz artaraq 62,9 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-may aylarına nisbətən 9,1 faiz artıb və 403,4 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,3 faiz artaraq 286,3 milyon manatdan çox olub.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?