15 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İş adamlarına verilən kreditlər vergiyə cəlb edilirmi?

Sığorta edilən əmanət faizlərinin azaldılmasından sonra bəzi banklarda kreditlər ucuzlaşıb. Onların əsas müştəriləri sahibkarlar olduğundan bu məsələ hökumətin də diqqət mərkəzindədir. Öz işlərini qurmaq üçün banklara müraciət edən iş adamlarının həmin vəsaitləri geri qaytarması daha real göründüyündən banklar da onlarla işləməyə üstünlük verirlər. Bu zaman sahibkarları narahat edən digər məsələlər ortaya çıxır. Onlardan biri də fiziki şəxslərin aldıqları bank kreditlərinin vergiyə cəlb edilib-edilməməsidir. İş adamlarını narahat edən məqam fiziki şəxsin götürdüyü kredit məbləğlərinin gəlirlərə daxil edildiyi təqdirdə, geri ödənilən kredit məbləğinin və bankın faizlərinin xərclərə aid edilməsi ilə bağlıdır.

Bu məsələ ilə bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, alınmış kredit məbləğinin müqabilində malların (işlərin, xidmətlərin) təqdim edilməsi nəzərdə tutulmadığı və həmin kredit sonradan banka və ya kredit təşkilatına qaytarıldığı halda belə əməliyyatlar vergiyə cəlb edilən əməliyyatlar hesab edilmir. Belə ki, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə təminatla və ya təminatsız müəyyən məbləğdə borc alınan pul vəsaitinin hər hansı verginin vergitutma obyekti yaratması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Nazirliyin şərhində vurğulanıb ki, kreditor borc məbləğlərinin qanunvericiliyə müvafiq iddia müddəti keçdikdə həmin borc məbləğləri satışdankənar gəlirlərə aid edilməklə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq müvafiq vergilərə cəlb olunacaq.

Qeyd edilib ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?