24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya Bankı ekspertləri ilə “Vergi borcunun idarə olunması” mövzusunda görüş keçirilib

Dünya Bankı ekspertləri ilə “Vergi borcunun idarə olunması” mövzusunda görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Dünya Bankı (DB) arasında “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” çərçivəsində əməkdaşlıq davam edir.

Layihə çərçivəsində DVX-nin Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi ilə Dünya Bankının vergi məsələləri üzrə məsləhətçiləri arasında “Vergi öhdəliyinin qabaqcıl ölkələrin təcrübəsi əsasında idarə olunması” modulu üzrə görüş keçirilib. Müzakirələr zamanı bildirilib ki, modulun məqsədi Azərbaycanın vergi sistemində borc həcminin tərkibini müəyyənləşdirmək, yaranması səbəblərini aradan qaldırmaq üçün tövsiyələr hazırlamaq və vergi borclarının alınması sahəsində müasir alətlər haqqında maarifləndirmə tədbirlərini təqdim etməkdir.

Görüş zamanı, həmçinin vergi yoxlamalarının keçirilmə qaydaları, mövcud qanunvericilikdə dəyişikliklər edilmədən yoxlama növlərinin xarici təcrübələrə uyğunlaşdırılması, vergi borcunun yığılmasında istifadə olunan alternativ alətlər, tematik audit, borcların alınması üsulu kimi əmlakın siyahıya alınması, əsaslandırılmış kameral yoxlamalar və yoxlamaların müddətlərilə bağlı müzakirələr aparılıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması