27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti yeni işə qəbul olmuş əməkdaşlar üçün “Mentorluq” proqramının tətbiqinə başlayıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində istedadlı əməkdaşların cəlb olunması, inkişafı və həvəsləndirmə proqramlarını tətbiq etməklə işçi təcrübəsinin və məmnuniyyətinin artırılması əsas prioritetlərdəndir. Bu baxımdan, DVX kadr hazırlığı ilə bağlı prioritetlərə dəyər qatmaq məqsədilə ilk dəfə olaraq yeni işə qəbul olmuş stajçılar üçün “Mentorluq” proqramının tətbiqinə start verib.

Mentorluq Proqramı yeni işə qəbul olunmuş stajçıların iş mühitinə uyğunlaşması prosesi çərçivəsində onların yumşaq bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq və mentorlar tərəfindən onlarla bilik, təcrübə və məsləhətlərini paylaşa biləcəkləri mühiti yaratmaq məqsədi daşıyır.

1 il müddətində davam edəcək proqramda stajçılar üçün dəstəkləyici mühitin yaradılması onların şəxsi və peşəkar inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, mentorluq biri təcrübəli mentor, digəri daha az təcrübəli menti olmaqla iki şəxs arasında qarşılıqlı inkişafı dəstəkləyən prosesdir. Mentorluq proqramı mentiyə şəxsi potensialını kəşf etməyə, mentora isə liderlik bacarıqlarını inkişaf etdirməyə yardım edir.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?