10 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Biznesə daxilolma” və “Vergitutma” indikatorları üzrə yol xəritələri təqdim ediləcək

Mayın 22-də İqtisadiyyat Nazirliyinin inzibati binasında saat 11-də Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesə daxilolma” və “Vergitutma” indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə yol xəritələrinin təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vəkillər Kollegiyası, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyi, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak edəcək.

Tədbirdə “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə, habelə “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlər barədə geniş məlumat veriləcək.

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?