17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

2024-cü ilin yanvar-aprel aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 13.004 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin təqdim edilməsi, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 17.196 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.

Cari ilin yanvar-aprel aylarında vergi ödəyicilərinə 193.234 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 35 görüş keçirilib, 227 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1.749 müraciət üzrə 3.206 Asan İmza sertifikatı verilib.

2024-cü ilin 4 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 12.136 şəxs qəbul edilib və onlara 16.184 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xidmət strukturları tərəfindən göstərilən xidmətlərin sayından 1,6 dəfə çoxdur.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?