17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlakını icarəyə verən fiziki şəxsin öhdəlikləri

26.10.2022-ci il tarixdə vətəndaş Sevdimov Əliyə (ad, soyad şərtidir) "Fiziki şəxsin uçotu haqqında" şəhadətnamə (VÖEN) verilib. 26.12.2022-ci il tarixdə isə fəaliyyət və əməliyyatlar 2027-ci il tarixədək dayandırılıb. Vətəndaş Sevdimov Əliyə məxsus qeyri-yaşayış sahələri VÖEN-i olan, lakin ƏDV ödəyicisi olmayan fiziki şəxsə və ƏDV ödəyicisi olan hüquqi şəxsə icarəyə verilərsə, onun gəlirləri barədə vergi bəyannaməsi təqdim etməsi öhdəliyi yaranırmı? Notarial qaydada obyektin icarəyə verilməsi haqqında müqavilə bağlandıqdan sonra "Təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn qeydiyyatı ərizəsi" (obyekt kodu almaq məqsədilə) yazılmalıdırmı? Bunun üçün vergi orqanına hansı sənədlər təqdim olunmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, icarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun qaydada vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı üçün tələb olunan sənədlər:

- gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə;

- təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin) surəti (PDF formatında).

Qeyd edək ki, vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dən məhdudlaşdırılıb. Həmin tarixdən etibarən elektron kabinetdən yalnız elektron imza vasitəsilə istifadə etmək mümkündür.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 124-cü maddələri

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?