9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi Məcəlləsində dəyişikliklə bağlı mühüm məqam

Vergi Məcəlləsində dəyişikliklə bağlı mühüm məqam

Yeniliyi “vergiler.az”a vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev şərh edir.

Vergi Məcəlləsinə 16.1.11-14-cü maddə əlavə olunub. Həmin maddəyə əsasən, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib.

Bununla yanaşı, 2024-cü ildən Vergi Məcəlləsinə 15.1.15-4-cü maddə də əlavə edilib. Həmin maddəyə əsasən, bu Məcəllənin 16.1.11-14-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada, bu Məcəllənin 30.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etmək vergi ödəyicisinin hüququdur.

Eyni zamanda, sözügedən dəyişikliklərin keçid müddəalarına əsasən, Vergi Məcəlləsinin yuxarıda qeyd olunan hər iki maddəsi (15.1.15-4 və 16.1.11-4-cü maddələri) “müəyyən etdiyi qayda"larla eyni gündə qüvvəyə minəcək. Bu isə o deməkdir ki, vergi ödəyiciləri mal və xidmətləri əldə etdikləri qarşı tərəflərin həqiqətən bu mal və xidmətlərini qanuni şəkildə (e-qaimə, alış aktı və s.) əldə edib-etməməsinə dair məlumatları müəyyən qaydalar çərçivəsində öyrənə biləcəklər.

Bir mühüm məqam da odur ki, vergi orqanları bu çıxış imkanlarını yaratmadan vergi ödəyicisindən 16.1.11-14-cü maddədə qeyd olunan vəzifələri tələb etməyəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?