20 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiyanın Federal Vergi Xidmətinin istifadəçi sınaq laboratoriyasının yaradılması təcrübəsi öyrənilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Rusiya Federal Vergi Xidmətinin (FVX) istifadəçi sınaq laboratoriyası nümunəsindən istifadə edərək istifadəçi təcrübəsinin tədqiqi təcrübəsi ilə tanış olublar.

Laboratoriyanın yaradılması üzərində iş 2018-ci ilin iyulunda başlanılıb və 2020-ci ildə yekunlaşıb. Bu layihənin yaradılmasında Britaniya və Avstraliya təcrübəsindən istifadə edilib. Məqsəd vergi üzrə proqram təminatı xidmətlərinin sınaqdan keçirilməsinə son istifadəçinin cəlb edilməsi, onların keyfiyyətinin və xarici və daxili istifadəçilər üçün rahatlığının artırılmasını öyrənməkdir.

Moskvaya səfər edən Azərbaycan nümayəndə heyəti qarşısında təqdimat keçirən laboratoriyanın əməkdaşları tədqiqata hazırlıq mərhələsində hansı addımların atılmalı olduğunu, potensial istifadəçinin xüsusiyyətlərini necə toplamaq və uyğun respondentləri necə tapmaq, fərziyyələr seçmək, məhsul istifadəçilərinin ehtiyaclarını və davranış motivlərini başa düşməyə kömək edən tədqiqatının nəticələrini qiymətləndirmək, hesabatlar və xidmət məhsullarının təkmilləşdirilməsi üzrə məsləhətlər barədə izahat veriblər. Bildirilib ki, laboratoriyanın fəaliyyət göstərdiyi dövr ərzində 120-dən çox ixtisaslaşdırılmış tədqiqat layihəsi və ekspert qiymətləndirmələri həyata keçirilib, onların əsasında interaktiv xidmətlərin və FVX-nin veb-saytının təkmilləşdirilməsi, funksionallıq və interfeysin genişləndirilməsi üçün tövsiyələr hazırlanıb.

Azərbaycan tərəfi laboratoriyanın işini tənzimləyən sənədlərə, fəaliyyət konsepsiyasına, tədqiqatların aparılması qaydalarına və qurumun internet xidmətlərinin həyat dövrü standartlarına xüsusi maraq göstərib. Nümayəndə heyəti Moskvada Rusiyanın FVX-nin 1 saylı Müfəttişliyində də olub, interaktiv xidmətlərin imkanları və rahatlığı, vergi orqanlarının əməliyyat otaqlarında vergi ödəyicilərinin qəbulu və onlara xidmət göstərilməsinin təşkilini qiymətləndiriblər. Tərəflər bu sahədə əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə ediblər.

VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?