15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər?

2024-cü ildən Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də bəzi xərclərin gəlirdən çıxılması ilə bağlıdır. Bəs hansı hallarda həmin xərclər vergi ödəyicilərinin gəlirlərindən çıxıla bilər? “vergiler.az”ın sualına vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir:

2023-cü ilin sonunadək qüvvədə olan Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-proflaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmirdi. Lakin 1 yanvar 2024-cü ildən qüvvəyə minən Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, hər bir sahibkar işçilərlə bağlı rəsmi şəkildə çəkdiyi mənzil və yemək xərclərini müəyyən hədlər daxilində öz gəlirlərindən çıxa biləcək. Qeyd olunan hədlər isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bundan başqa, Vergi Məcəlləsinin 109.4-cü maddəsində qeyd olunur ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. Yəni əgər vergi ödəyicisinin gəlirləri bu fəaliyyətdən formalaşırsa, bu halda əyləncə və yemək xərclərinin tam şəkildə gəlirdən çıxılmasına icazə verilir.

Misal olaraq turizm xidmətlərini göstərə bilərik. Tutaq ki, turizm şirkətinin xidmətləri sırasına turistlər üçün əyləncələrin təşkil olunması, onların yeməklə təmin olunması da daxildir. Belə hallarda şirkətin bu yöndə çəkilən xərcləri həmin fəaliyyət növünə uyğun olduğu üçün həmin vergi ödəyiciləri yemək və əyləncə xərclərini gəlirlərindən çıxa bilərlər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?